525.Az

“Azərbaycan”ın yeni sayı çapdan çıxıb


 

“Azərbaycan”ın yeni sayı çapdan çıxıb<b style="color:red"></b>

“Azərbaycan” ədəbi-bədii jurnalının yeni sayı işıq üzü görüb.
 
Jurnalın “Poeziya” bölməsində Musa Yaqubun, Ağacəfər Həsənlinin, İnqilab İsaqın, Valeh Bahadurlunun, Məcnun Göyçəlinin, Şövkət Zərin Horovlunun, Elbəyi Cəlaloğlunun şeirlərinə yer verilib.

Jurnalda Xalq yazıçısı Mövlud Süleymanlının 70 illik yubileyi münasibətilə İntiqam Mehdizadənin qələmə aldığı “Xalq ruhunun yaddaşı” başlıqlı təbrik məktubu və Mövlud Süleymanlının “Yer üzünə məktub” yazısı da öz əksini tapıb.

Toplunun “Nəsr” guşəsində Kamil Əfsəroğlunun “Qisas” povesti, Müzahim İsmayılzadənin “AN 213-ün qayıdışı” və Faiq Qulamovun “İsmayıl bəy” başlıqlı hekayələri oxuculara təqdim olunub.

“Dramaturgiya” səhifəsində Aydın Talıbzadənin “Tubinot” dramı, “Ədəbi düşüncələr” səhifəsində isə Rüstəm Kamalın “Mirzə Cəlil: Səsi anlamaq dərdi” publisistik yazısı öz əksini tapıb.

Jurnalın daha bir maraqlı bölməsi olan “Xatirələr, duyğular”da şair Qəşəm Nəcəfzadənin “Bir gözəl ölür” başlıqlı yazısı verilib. Qorxmaz Quliyevin “XX əsr dünya ədəbiyyatşünaslığından (I məqalə)” və Gülxani Şükürovanın qələmə aldığı “Realist yazıçının tədqiqi” başlıqlı məqalələr “Tənqid və ədəbiyyatşünaslıq” guşəsində diqqətə çatdırılıb.

Nəşrin son səhifələrində yer alan “Naməlum abidələrimizdən soraqlar” səhifəsində Paşa Kərimovun “Əhməd Təbrizinin “Yusif və Züleyxa poeması” araşdırma yazısı, “Kitab rəfi”ndə isə son aylarda nəşr olunan ədəbi-elmi kitabların xülasələri yer alıb.

 GÜNEL

 





08.05.2013    çap et  çap et