525.Az

Əbülfəs Qarayev Xaçmazda qəbul keçirdi


 

Əbülfəs Qarayev Xaçmazda qəbul keçirdi<b style="color:red"></b> Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Xaçmazda vətəndaşlarla görüşüb.

Nazirlikdən 525.az-a verilən məlumata görə, qəbulda Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən sakinlərinin müraciətinə baxılıb.
 
Müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrdə turizmin təşviqi və digər məsələlərlə bağlı olub.
 
Vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
 
Nazir bildirib ki, vətəndaşlar tərəfindən maraqlı təkliflər, təşəbbüslər irəli sürülüb.

Ə.Qarayev tarixi-mədəni irsin qorunması və bərpası, muzeylərdə ekspozisiyaların yenilənməsi, eləcə də turizm sahəsi ilə bağlı təşəbbüsləri xüsusi qeyd edib.
 





30.05.2017    çap et  çap et