525.Az

NATO Gürcüstanın dəniz limanlarında qüvvə yerləşdirməyəcək


 

NATO Gürcüstanın dəniz limanlarında qüvvə yerləşdirməyəcək<b style="color:red"></b> NATO Qara dənizdə təhlükəsizliyi Rumıniyada yerləşən çoxmillətli briqadanın köməyi ilə təmin etməyi planlaşdırır.
 
APA-nın məlumatına görə, bunu Gürcüstanın “Rustavi 2” telekanalına müsahibəsində NATO baş katibinin müavini Rouz Gettemüller deyib.
 
O bildirib ki, Rumıniyadakı briqada alyansa daxil olan ölkələrin hərbçilərindən ibarətdir.
 
“Bu mərhələdə Gürcüstanın dəniz limanlarında NATO qüvvələrini yerləşdirməyi planlaşdırmırıq”, - deyə R. Gettemüller vurğulayıb.
 





30.05.2017    çap et  çap et