525.Az

Palata: "Verdiyimiz möhlət gələn ay tamamlanır"


 

Palata: "Verdiyimiz möhlət gələn ay tamamlanır"<b style="color:red"></b> Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bir sıra problemlərlə üzləşən "Standard Insurance" sığorta şirkətini öz nəzarətinə götürüb.
 
"APA-Economics" xəbər verir ki, bunu MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.
 
"Başak-İnam" sığorta şirkəti könüllü ləğvetmə ilə əlaqədar bizə müraciət edib və biz bu müraciətə müsbət rəy vermişik.
 
Bilirsiniz ki, sığorta qanunvericiliyinə əsasən, sığorta şirkətləri könüllü və ya tənzimləyicinin təkidi ilə müflisləşmə yolu ilə icbari qaydada ləğv oluna bilərlər. Adıçəkilən sığorta şirkətinin səhmdarları könüllü ləğvetmə ilə əlaqədar müraciət etdiyinə görə, biz prosesi nəzarətə alaraq razılıq verdik. Bir müddətdir ki, həmin şirkət üzərinə yeni risklər götürmür, amma səhmdarlar ləğvetmə planını hazırlayaraq onu bizə təqdim etməyə hazırlaşırlar. O ki qaldı "Standard Insurance" sığorta şirkətinə, bu şirkət bizim nəzarətimizdədir. Bu şirkətin kapitallaşması və digər problemlərinin həll olunması ilə əlaqədar bizim səhmdarlar qarşısında müvafiq tələblərimiz olub. Öz növbəsində şirkətin səhmdarları kapitallaşma prosesi və yeni biznes strategiyasının hazırlanması ilə əlaqədar bizdən möhlət istəmişdilər. Bu müddət gələn ay tamam olur. Bu şirkət də üzərinə yeni risklər götürməməlidir", - deyə R.Aslanlı bildirib.
 





30.05.2017    çap et  çap et