525.Az

Musiqili Teatr Lənkərana qastrola gedir


 

Musiqili Teatr Lənkərana qastrola gedir<b style="color:red"></b> Musiqili Teatr Lənkərana qastrola gedir.
 
Teatrın mətbuat katibi Samir Sədaqətoğlunun APA-ya verdiyi məlumata görə, kollektiv mayın 31-də lənkəranlı tamaşaçılar qarşısında Süleyman Ələsgərov və İsi Məlikzadənin “Hərənin öz ulduzu” iki hissəli musiqili komediyası ilə çıxış edəcək.
 
Tamaşada rolları xalq artisti Fatma Mahmudova, əməkdar artist Novruz Qartal, aktyorlar Nadir Xasıyev, Gülcahan Salamova, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Elxan İsmayılov və Nigar Qarayeva ifa edirlər.
 
Bundan başqa, Musiqili Teatrı xarici ölkələrə də səfərə hazırlaşır. Yaradıcı heyət Türkiyədə Beynəlxalq “Dədə Qorqud” festivalında iştirak edəcək, Azərbaycan Mədəniyyət Günləri çərçivəsində İrana qastrol səfərlərinə yollanacaq.
 





30.05.2017    çap et  çap et