525.Az

"Mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsi üçün tədbirlər görülür"


 

"Mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsi üçün tədbirlər görülür"<b style="color:red"></b> “Regionlarda turizm sənayesinin inkişafı, turizm klasterlərinin yaradılması istiqamətində tədbirlər davam etdirilir”.
 
APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Xaçmazda regional idarələrin fəaliyyətinə həsr olunmuş müşavirədə deyib. Nazir bildirib ki, ölkəmizə gələn turistlərin sayının artırılması, onlara göstərilən mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində vacib tədbirlər görülür: “Regional idarələr yerlərdə, turizm məkanlarında, açıq havada təşkil etdikləri konsert və sərgilərin sayını artırmalıdır. Regional mədəniyyət və turizm idarələri ölkəmizin mədəni, tarixi dəyərlərinin, turizm imkanlarının xarici qonaqlara tanıdılması və təbliği işində yaxından iştirak etməlidir. Regionlardakı mədəniyyət müəssisələri, rəqs və musiqi kollektivləri bu işlərə daha da fəal qatılmalıdır”.
 
Regional idarələrin işinin təşkili üçün islahatların davam etdiriləcəyini deyən nazir əlavə edib ki, mövcud problemlərin aradan qaldırılması, müvafiq sənədləşmə işlərinin həyata keçirilməsi, müraciətlərə baxılması və vaxtında həllini tapması diqqətdə saxlanılır: “Regionlarda mədəniyyət müəssisələri arasında əlaqələrin, qonşu rayonların mədəniyyət kollektivlərinin mübadiləsinin təşkili, kollektivlərdə çalışanların əməyinin qiymətləndirilməsi kimi məsələlərə önəm verilməlidir”.
 





30.05.2017    çap et  çap et