525.Az

Trampın daha bir yüksək vəzifəli işçisi istefa verdi


 

Trampın daha bir yüksək vəzifəli işçisi istefa verdi<b style="color:red"></b>

Ağ evin kommunikasiya məsələləri üzrə direktoru Maykl Dabke istefa verib.

“Report” “Politico”ya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp onun istefasını qəbul edib.

M.Dabke istefa ərizəsini mayın 18-də yazıb.

Qeyd edək ki, o, bu posta 2017-ci ilin fevralında təyin olunub.

Xatırladaq ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flinn vəzifəyə təyin edildikdən 3 həftə sonra Rusiya ilə gizli danışıqlarla bağlı istefa verib. Milli təhlükəsizlik üzrə müşavirin müavini Ketlin Makfarlend isə bu vəzifədə cəmi 3 ay çalışdıqdan sonra postundan ayrılıb.

 





30.05.2017    çap et  çap et