525.Az

ABŞ Suriyadakı kürd qüvvələrinə silah tədarükünə başladı


 

ABŞ Suriyadakı kürd qüvvələrinə silah tədarükünə başladı<b style="color:red"></b> ABŞ “Suriya Demokratik Qüvvələri” adlandırdığı (Syrian Democratic Forces, SDF) PYD, YPG kürd terror qruplaşmalarına silah, habelə nəqliyyat vasitələri də daxil olmaqla hərbi  texnika tədarük etməyə başlayıb.  
 
APA-nın xəbərinə görə, bunu “RİA Novosti”yə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Edrian Renkayn-Qellouey təsdiqləyib.
 
Bundan əvvəl “Röytrers” Vaşinqtonun Rəqqanın azad edilməsi əməliyyatında iştirak edən kürd silahlı dəstələrinə silah tədarük etməyə başladığını bildirib.
 
“Mən təsdiqləyə bilərəm ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyanın kürd qüvvələri üçün avadanlıqların tədarükünə başlayıb... İlk olaraq odlu atıcı silahlar və nəqliyyat vasitələri tədarük edilir”, - deyə o bildirib.   
 
Qeyd edək ki, bundan əvvəl prezidenti Donald Tramp Suriya kürd qruplaşmalarına minaatanlar və pulemyotlar da daxil olmaqla ağır silahların tədarük edilməsi planlarını imzalamışdı.
 





31.05.2017    çap et  çap et