525.Az

Kabildə terror aktı: 50 ölü, 150 yaralı


 

Kabildə terror aktı: 50 ölü, 150 yaralı<b style="color:red"></b> Əfqanıstanın paytaxtı Kabil şəhərində partlayış törədilib.
 
APA-nın “RİA-Novosti”-yə istinadən verdiyi məlumata görə, Prezident Sarayı və diplomatik nümayəndəliklərin yerləşdiyi ərazinin yaxınlığında törədilən partlayış nəticəsində xeyli insan ölüb və yaralanıb.
 
Ölkənin “Pajhwok" agentliyinin Səhiyyə Nazirliyinə istinadən yaydığı məlumatda 50 nəfərin öldüyü, 150 nəfərin yaralandığı bildirilir.
 
Hüquq-mühafizə orqanların məlumatına görə, avtomobilin içərisində olan partlayıcı qurğu Almaniya səfirliyinin yanında işə salınıb. Partlayış nəticəsində Çinin Sinxua Xəbər Agentliyinin Kabildəki bürosunun binasına da ziyan dəyib.
 





31.05.2017    çap et  çap et