525.Az

"Türkiyə ədəbiyyatı antologiyası" işıq üzü gördü


 

"Türkiyə ədəbiyyatı antologiyası" işıq üzü gördü<b style="color:red"></b>

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri "Türkiyə ədəbiyyatı antologiyası" (nəsr) işıq üzü görüb.

XIX-XX əsr Türkiyə ədəbiyyatının mənzərəsini ilk dəfə küll halında Azərbaycan oxucusuna təqdim edən kitabda əllidən çox tanınmış Türkiyə ədibinin əsərləri yer alır.

Antologiyanı dilimizə tərcüməçilər Qəmər Alxanova, Kəmalə Ələkbərova və Sənan Nağı çeviriblər. Önsözün müəllifi Etimad Başkeçid, redaktorlar Yaşar Əliyev və Salam Sarvandır.

Kitab iyunun 5-də Yunus Əmrə Türk Mədəniyyət Mərkəzində geniş ictimaiyyətə təqdim olunacaq.

 





31.05.2017    çap et  çap et