525.Az

“Azəri-Çıraq-Günəşli üzrə müqavilənin müddətinin uzadılması üçün iş aparılır”


 

“Azəri-Çıraq-Günəşli üzrə müqavilənin müddətinin uzadılması üçün iş aparılır”<b style="color:red"></b> "Təəssüf ki, müstəqilliyin ilk illərində neft-qaz sənayesi tənəzzülə uğradı, Abşeron yarımadası çirkləndirildi".
 
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində bildirib.
 
Dövlət başçısı deyib ki, müstəqilliyin ilk illərində anarxiya, xaos yaşanıb, vətəndaş müharibəsi olub, torpaqlarımız işğal edilib:
 
"Belə olan halda Azərbaycan xarici investorlar üçün təhlükəli ölkəyə çevrilmişdi. Belə bir vəziyyətdə xalqımız Heydər Əliyevi dəvət etdi, prezident seçdi və ölkəmizdə inkişaf başladı. Bir neçə ildə ölkəmizdə sabitlik bərqərar oldu. O zaman iqtisadiyyat dağılmışdı, iqtisadiyyatın inkişafı üçün perspektiv yox idi.

İqtisadiyyatı olmayan ölkə müstəqil ola bilməz. Bu gün bizim maliyyə resurslarımız var, müstəqil ölkə kimi səsimizi ucalda bilirik. O vaxt isə Azərbaycan müəyyən dərəcədə asılı ölkə idi, pulumuz yox idi, iqtisadiyyatımız asılı vəziyyətə düşmüşdü. Heydər Əliyevin neft strategiyasının əhəmiyyətini bir daha görürük. 1994-cü ildə imzalanmış Əsrin Müqaviləsi tarixi müqavilədir. Həmin müqavilə imzalanmasaydı, Şahdəniz olmazdı, neft-qaz layihələri olmasaydı, bu gün Cənubi Qaz Dəhlizi olmazdı. Bizim pulumuz olmasaydı, heç kəs Cənub Qaz Dəhlizinə pul qoymazdı. Bu layihəyə 1 milyard dollar vəsait qoymuşuq. Biz neft və qaz sektorundan əldə edilən vəsaiti insan kapitalına yönəltdik".
 
Prezident İlham Əliyev bildirib ki, yaxın gələcəkdə Azəri-Çıraq-Günəşli üzrə müqavilənin müddətinin uzadılması istiqamətində iş aparılır:

"Hazırda xarici tərəfdaşlarla danışıqların son mərhələsindəyik. Bu yataqlarda böyük miqdarda ehtiyat qalmaqdadır. Onu da deyim ki, Şahdəniz üzrə müqavilə də məhz bu sərgilərin birində imzalanıb".
 





31.05.2017    çap et  çap et