525.Az

İlham Əliyev iki gəminin istismara verilməsi mərasimində


 

İlham Əliyev iki gəminin istismara verilməsi mərasimində <b style="color:red"></b> Bu gün Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanmasının “Cəbrayıl” və “Qubadlı” yeni təchizat gəmilərinin istismara verilməsi mərasimi keçirilib.
 
APA-nın məlumatına görə, prezident İlham Əliyev mərasimdə iştirak edib.
 
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev “Qubadlı” və “Cəbrayıl” təchizat gəmilərinin texniki göstəriciləri, təyinatı barədə dövlətimizin başçısına məlumat veriblər.
 
Bildirilib ki, hər iki gəmi SOCAR-ın dəniz obyektlərinə xidmət edən köhnə gəmiləri əvəzləyəcək. Gəmilərdən biri SOCAR-a məxsus “28 May”, digəri isə “Ümid” yatağındakı platformalara xidmət göstərəcək.
 





31.05.2017    çap et  çap et