525.Az

Əli Laricani yenidən İran parlamentinin sədri seçildi


 

Əli Laricani yenidən İran parlamentinin sədri seçildi<b style="color:red"></b> Əli Laricani yenidən İran parlamentinin spikeri seçilib.
 
APA-nın Tehran bürosunun məlumatına görə, İranın 10-cu çağırış parlamentinin bu gün keçirilən iclasında qanunvericilər Əli Laricanini yenidən spiker seçiblər.
 
Səkkizinci və doqquzuncu çağırışda da İran məclisinə sədrlik edən Əli Laricani 268 mümkün səsdən 204 deputatın səsini qazanıb. Əli Laricani budəfəki spiker seçkilərində yeganə namizəd olub.
 
Bundan başqa, Məsud Pezeşkian (179 səs) parlament spikerinin birinci müavini, Əli Mütəhəri (163 səs) isə ikinci müavini seçiliblər.
 
Son günlər "Ümid" fraksiyası tərəfindən Məsud Pezeşkianın spikerliyə namizədliyinin irəli sürüləcəyinə dair məlumatlar vardı. Məsud Pezeşkian Təbriz, Azərşəhr və Osko seçki dairəsindən deputat seçilib.
 





31.05.2017    çap et  çap et