525.Az

Ermənistanda Mərkəzi Hərbi Hospitalın rəisi işdən çıxarıldı


 

Ermənistanda Mərkəzi Hərbi Hospitalın rəisi işdən çıxarıldı<b style="color:red"></b> Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Klinik Hərbi Hospitalının rəisi vəzifədən azad edilib.
 
APA-nın “panorama.am” saytına istinadən verdiyi məlumata görə, Silahlı Qüvvələrin Hərbi-Tibb İdarəsinin rəisi, polkovnik Kamovar Xaçatryan deyib ki, Mərkəzi Klinik Hərbi Hospitalın rəisi, polkovnik Aram Asaturyan vəzifəsindən çıxarılaraq ehtiyata göndərilib.
 
Onun yerinə hələlik təyinat olmayıb.
 





01.06.2017    çap et  çap et