525.Az

Türkiyədə hərbi helikopter qəzaya uğradı: 13 ölü


 

Türkiyədə hərbi helikopter qəzaya uğradı: <b style="color:red">13 ölü</b> Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi helikopterin qəzaya uğraması nəticəsində 13 hərbçi həlak olub.
 
APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 20:55 radələrində “Cougar” markalı helikopter Uludərə rayonundakı Şenoba bölgəsində elektrik xəttinə toxunaraq yerə düşüb.
 
Məlumata görə, axşam saatlarında havaya qalxan və içərisində Sərhəd Diviziya komandiri, general-mayor Aydoğan Aydın, eləcə də polkovnik və polkovnik-leytenantların da olduğu hərbi helikopterlə İraq sərhədində əlaqə kəsilib. Bir müddət sonra helikopterin qəzaya uğradığı müəyyən edilib.

Hadisə yerinə helikopter və zirehli vasitələrlə çox sayda əsgər və təcili yardım briqadaları cəlb edilib.

Türkiyənin müdafiə naziri Fikri İşıq hadisə yerinə yollanıb. Hadisə ilə əlaqədar araşdırma davam edir.
 





01.06.2017    çap et  çap et