525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq? <b style="color:red"></b> İyunun 2-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
 
Şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 15-17° isti, gündüz  20-25° isti, Bakıda gecə  15-17° isti, gündüz  22-24° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi  759 mm civə sütunu, nisbi rütubət  75-85 % təşkil edəcək.
 
Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 2-4-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18° isti, gündüz  23-28° isti, dağlarda gecə  6-10° isti, gündüz 12-17° isti olacağı gözlənilir.
 





01.06.2017    çap et  çap et