525.Az

“İrəli” “SAY:Solidarity” layihəsinə start verir


 

“İrəli” “SAY:Solidarity” layihəsinə start verir<b style="color:red"></b>

“İrəli” İctimai Birliyi “Support of Azerbaijan Youth” (SAY) hərəkatının 5-ci fəaliyyəti çərçivəsində “İslam Həmrəyliyi ili”nə həsr olunmuş layihə həyata keçirəcək.

İctimai Birlikdən verilən məlumata görə, açıq hava şəraitində qurulmuş çadırlarda qalacaq gənclər müxtəlif istiqamətlər üzrə aparılan inkişafetdirici fəaliyyətlərin cəmiyyət üçün rolu və gələcəkdə onlara nə kimi imkanlar yarada biləcəyi haqqında daha ətraflı məlumatlar əldə edəcəklər.

Maarifləndirici əhəmiyyət daşıyan bu layihədə ekspertlərlə görüşlər, təlim və seminarlar keçiriləcək, həmçinin, bunlarla paralel olaraq gənclər bir sıra sosial, idman və intellektual yarışma yönümlü fəaliyyətlərdə yer alacaqlar.

“SAY: Solidarity” layihəsinin əsas məqsədi – Azərbaycanda İslam həmrəyliyinin möhkəmləndirilməsində gənclərin rolunun artırılması, tolerantlıq prinsiplərinin və yaşıl “düşüncənin” formalaşdırılması, mədəniyyətlərarası təbliğatda gənclərin aktiv iştirakını təmin etməklə, ümumilikdə gənclər şəbəkəsinin inkişafına nail olmaqdan ibarətdir.

SAY hərəkatı altında keçirilən və sayca 5-ci olan “SAY: Solidarity” layihəsi “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə" Dövlət Proqramına müvafiq olaraq Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 2017-ci il üçün seçilmiş gənclər paytaxtı olan Balakən rayonunda keçiriləcək.

“İrəli” İctimai Birliyi “SAY: Support of Azerbaijan Youth” hərəkatı adı altında “SAY:Könüllülük Akademiyası”, “SAY: Green”, “SAY: Multikulturalizm” və “SAY: Volunteering Festival” kimi böyük layihələri həyata keçirib və 100-lərlə gənci öz ətrafında toplamağı bacarıb.

Qeyd edək ki, layihə haqqında məlumat almaq və iştirak etmək istəyən gənclər “ireli.az”a daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Ceyhun ABASOV

 





01.06.2017    çap et  çap et