525.Az

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində uşaqlarla bağlı tədbir


 

MƏLƏK MƏHƏRRƏMOVA: “AZƏRBAYCANDA GƏLƏCƏYİMİZ OLAN UŞAQLAR HƏR ZAMAN DİQQƏT MƏRKƏZİNDƏ SAXLANILIR”

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində uşaqlarla bağlı tədbir<b style="color:red"></b>

Bu gün Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə tədbir təşkil edilib.

Mərkəzin müəlliməsi Mələk Məhərrəmova deyib ki, hər il 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən təntənəli şəkildə qeyd olunur. Bu il də Mərkəz ənənəsinə sadiq qalaraq bu gün münasibətilə tədbir təşkil edib.

M.Məhərrəmova bildirib ki, Azərbaycanda gələcəyimiz olan uşaqlar hər zaman diqqət mərkəzində saxlanılıb:
“Ulu öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Azərbaycanın sabahının da qayğısına qalan Heydər Əliyev həmişə qızıl kimi qiymətli vaxtından kəsib məmnunluqla uşaqların bayram tədbirlərinə gəlib. Bu, Heydər Əliyev Fondunun da əsas prioritetlərindən biridir.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva nəcib missiyası ilə bütün Azərbaycan uşaqlarının ən böyük dostu və ən böyük himayədarıdır. Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi də bu sahəyə diqqətdən xəbər verir. Bu həm də onu göstərir ki, Azərbaycanın dövləti uşaqların sabahı üçün böyük tədbirlər görür”.

M.Məhərrəmovanın sözlərinə görə,  hər il olduğu kimi bu il də Mərkəzin keçirdiyi tədbirdə uşaqların əl işləri sərgilənib: “Bu gün sərgidə mənim tələbələrimin də əl işləri sərgiləndı. 4-7 yaş arasında olan bu gənc rəssamların əl işləri tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Mən tələbələrimin gələcəyinə böyük ümidlə baxıram.  Əli, İsmayıl, Aynil, Aliyə və Ayla çox istedadlı uşaqlardı. Mən inanıram ki, onlar gələcəyin peşəkar rəssamları olacaq”.

S.QARAYEVA

 





01.06.2017    çap et  çap et