525.Az

ABŞ viza ilə bağlı qaydaları sərtləşdirdi


 

ABŞ viza ilə bağlı qaydaları sərtləşdirdi<b style="color:red"></b> ABŞ ölkəyə səfər etmək istəyən əcnəbilər üçün yeni viza anketlərini hazırlayıb.
 
APA-nın “Reuters”ə istinadən verdiyi məlumat görə, söhbət konsulluq əməkdaşlarının tələbi ilə doldurulmalı olan əlavə blankdan gedir.
 
ABŞ-a getmək istəyən şəxslər son 5 ildə sosial şəbəkələrdə istifadə etdikləri adları, mobil nömrələri və elektron ünvanlarını qeyd etməlidirlər. Həmçinin ABŞ-a getmək istəyən şəxslərdən son 15 il üçün bioqrafik məlumatlar, o cümlədən, yaşadığı ünvan və səfər etdiyi ölkələrin adları tələb olunacaq.
 
Yeni tədbirlərin turistlərin yoxlanması prosesinin gücləndirilməsi istiqamətində atılan addımların bir hissəsi olduğu bildirilir. Yeni blank mayın 23-də təsdiqlənib.
 





01.06.2017    çap et  çap et