525.Az

Kabildə partlayış qurbanlarının sayı 100-ə çatdı: 600 yaralı


 

Kabildə partlayış qurbanlarının sayı 100-ə çatdı: 600 yaralı<b style="color:red"></b> Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayış nəticəsində ölənlərin sayı 100 nəfərə, yaralananların sayı isə 600-ə çatıb. 
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bun barədə Əfqanıstan Səhiyyə Nazirliyinin məlumatında bildirilir. 
 
Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam etdirilir.  Ölənlərin sayının artacağı istisna olunmur.
 
Qeyd edək ki, ötən gün prezident sarayı və səfirlik binaları yaxınlığında güclü partlayış törədilib. İŞİD partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. 
 





02.06.2017    çap et  çap et