525.Az

“Rusiya “S-400” zenit-raket sistemlərini Türkiyəyə tədarük etməyə hazırdır”


 

“Rusiya “S-400” zenit-raket sistemlərini Türkiyəyə tədarük etməyə hazırdır”<b style="color:red"></b> Rusiya “S-400” zenit-raket sistemlərini Türkiyəyə tədarük etməyə hazırdır.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Peterburq beynəlxalq iqtisadi forumda bildirib.
 
“Biz “S-400” sistemlərinin satışı imkanını müzakirə etdik. Biz buna hazırıq”, - deyə o bildirib.
 
Müştərək istehsala dair suala cavabında isə Putin Rusiyanın hazırda bu cür texnikaların xaricdə istehsalı ilə məşğul olmadığını bildirib.
 





02.06.2017    çap et  çap et