525.Az

ABŞ İqlimə dair Paris sazişindən çıxdı


 

ABŞ İqlimə dair Paris sazişindən çıxdı<b style="color:red"></b> ABŞ prezidenti Donald Tramp ABŞ-ın İqlimə dair Paris sazişindən çıxdığını bəyan edib.  
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə D. Tramp keçirdiyi mətbuat konfransı zamanı bildirib.  
 
“Biz Paris sazişini tərk edirik, lakin Amerika biznesi, fəhlələri və vergi ödəyiciləri üçün ədalətli şərtlərə əsaslanan bu və ya digər sazişə qoşulmağa dair danışıqlara yenidən başlayacağıq”, - deyə prezident qeyd edib. 
 
Tramp qeyd edib ki, ABŞ-ın sonrakı addımları ədalətli razılaşma əldə edilməsinin  mümkünlüyündən asılı olacaq.  
 
Qeyd edək ki, 2015-ci ilin dekabrında imzalanan İqlimə dair Paris sazişi iqlim sahəsində əldə olunan ilk razılaşmadır. Dünyanın 194 ölkəsi tərəfindən imzalanan bu saziş qlobal istiləşmənin qarşısının alınması üzrə beynəlxalq fəaliyyət planını müəyyənləşdirir.
 





02.06.2017    çap et  çap et