525.Az

Avropa İttifaqı İqlimə dair Paris sazişinin icrasına sadiqdir


 

Avropa İttifaqı İqlimə dair Paris sazişinin icrasına sadiqdir<b style="color:red"></b> Avropa İttifaqı ABŞ prezidentinin qərarına baxmayaraq, İqlimə dair Paris sazişinin icrasına tam sadiqdir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Aİ Şurasında sədrlik edən Malta nümayəndəliyinin Twitter səhifəsində bildirilir.
 
ABŞ prezidenti Donald Tramp bundan əvvəl ABŞ-ın İqlimə dair Paris sazişindən çıxdığını bəyan edib. 
 
Qeyd edək ki, 2015-ci ilin dekabrında imzalanan İqlimə dair Paris sazişi iqlim sahəsində əldə olunan ilk razılaşmadır. Dünyanın 194 ölkəsi tərəfindən imzalanan bu saziş qlobal istiləşmənin qarşısının alınması üzrə beynəlxalq fəaliyyət planını müəyyənləşdirir.
 





02.06.2017    çap et  çap et