525.Az

Gülər Əhmədovanın həbs müddəti uzadıldı


 

Gülər Əhmədovanın həbs müddəti uzadıldı<b style="color:red"></b>

Mayın 8-də istintaq orqanının sabiq deputat Gülər Əhmədova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı verdiyi təqdimata baxılıb.

G. Əhmədovanın hüquqi nümayəndəsi Zülfiyyə Bayramovanın APA-ya verdiyi məlumata görə, Səbail Rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrliyi ilə keçirilən prosesdə həbs qətimkan tədbirinin 3 ay uzadılması barədə qərar qəbul olunub.

Prosesdə G. Əhmədova və vəkilləri qərara etiraz ediblər. Vəkillər G. Əhmədova barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət qaldırsalar da, vəsatət təmin olunmayıb.

Qeyd edək ki, G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.1-ci maddələri ilə təqsirləndirilir.

 





09.05.2013    çap et  çap et