525.Az

Aktaudakı baş konsulluğumuzda Uşaqların Beynəlxalq Müdafiəsi günü


 

Aktaudakı baş konsulluğumuzda Uşaqların Beynəlxalq Müdafiəsi günü <b style="color:red"></b>

Azərbaycanın Aktaudakı baş konsulluğunda 1 İyun – Uşaqların beynəlxalq müdafiəsi günü ilə əlaqədar tədbir keçirilib.

Diplomatik nümayəndəlikdən verilən məlumata görə, tədbirdə Aktaunun 6 saylı məktəbində fəaliyyət göstərən Azərbaycan dili, ədəbiyyatı və tarixinin tədrisi üzrə “Bazar günü məktəbi”nin şagirdləri, azərbaycanlı uşaqlar və onların valideynləri iştirak ediblər.

Tədbiri baş konsulluğun rəhbəri Elxan Zeynalov açaraq, Azərbaycanda uşaqlara dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb.

Tədbirdə uşaqlar arasında Azərbaycan dilində şeir və Azərbaycan haqqında rəsm müsabiqəsi keçirilib, qaliblər baş konsulluğun xatirə hədiyyələri və Azərbaycanla bağlı suvenirlərlə mükafatlandırılıblar.

Daha sonra, Azərbaycanda uşaqlara göstərilən dövlət qayğısından bəhs edən film nümayiş etdirilib.

Ceyhun ABASOV

 





02.06.2017    çap et  çap et