525.Az

Günay Əfəndiyeva Batumi şəhərinin meri ilə görüşdü


 

Günay Əfəndiyeva Batumi şəhərinin meri ilə görüşdü<b style="color:red"></b>

Gürcüstanda səfərdə olan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Batumi şəhərinin meri Giorgi Ermakov ilə görüşüb.

G.Əfəndiyeva G.Ermakova Fondun məqsədləri, fəaliyyət istiqamətləri və həyata keçirdiyi tədbirləri barədə məlumat verib.

Görüş zamanı tarix boyu türkdilli və  gürcü xalqlarının birgə yaşamasına, oxşar mədəni dəyər və ənənələrə malik olmasına dair fikir mübadiləsi aparılıb, mədəni irsin qorunması və təbliği üzrə bir sıra məsələlər müzakirə edilib. Eyni zamanda, gələcəkdə əməkdaşlıq çərçivəsində birgə tədbirlərin reallaşdırılmasına dair razılıq əldə olunub.

Görüşdə Azərbaycan Respublikasının Batumi şəhərindəki baş konsulu Rəşad İsmayılov iştirak edib.

 





02.06.2017    çap et  çap et