525.Az

Bakıda Beynəlxalq Memarlar İttifaqının müşavirəsi


 

Bakıda Beynəlxalq Memarlar İttifaqının müşavirəsi <b style="color:red"></b> Heydər Əliyev Mərkəzində Beynəlxalq Memarlar İttifaqının II Region seksiya üzvləri prezidentlərinin müşavirəsi keçirilib.
 
APA-nın məlumatına görə, tədbir Heydər Əliyev Fondunun dəstəyi, Memarlar İttifaqının təşkilatçılığı ilə baş tutub.
 
Tədbirdə çıxış edən Memarlar İttifaqının sədri Elbəy Qasımzadə bildirib ki, müşavirədə iştirak etmək üçün dünyanın 15 ölkəsindən memarlar gəlib: “Bu gün Belarus, Macarıstan, Yunanıstan, Rusiya, Türkiyə, Çexiya və başqa ölkələrdən memarlar Bakıya təşrif buyurub. Beynəlxalq Memarlar İttifaqı 1948-ci ildə yaradılıb və dünyanın 130 ölkəsində peşəkar memarlar assosiasiyalarını birləşdirir. Tədbirin Bakıda keçirilməsinin ölkəmiz üçün çox böyük əhəmiyyəti var. Çünki Azərbaycan 2023-cü ildə keçiriləcək beynəlxalq konqresə iddialıdır. Sentyabrda Koreyanın Seul şəhərində Beynəlxalq Memarlar İttifaqının növbəti konqresi keçiriləcək. Həmin tədbirdə 2023-cü ilin paytaxtı müəyyənləşəcək. Biz çox istərdik ki, həmin paytaxt Bakı olsun”.
 
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın memarlıq tarixindən danışıb, tədbirin əhəmiyyətini yüksək qiymətləndirib. Nazir qeyd edib ki, Azərbaycan memarlığı qədim tarixə malikdir: “Azərbaycanda memarlıq baxımından çox əhəmiyyətli abidələr, tarixi tikililər yerləşir. Bizim xalq memarlığı, bu sənəti hər zaman yüksək qiymətləndirib. Bu gün Azərbaycan dövləti memarlıq sənətinə böyük önəm verir və ölkəmizdə müasir memarlıq abidələri inşa olunur. Azərbaycan dünyanın ən qabaqcıl memarlıq ideyalarını qəbul edir və ölkəmizdə bu ideyalar tətbiq edilir”.
 
Beynəlxalq Memarlar İttifaqının II Region üzrə vitse-prezindeti Dəniz İncədayı və digərləri tədbirin əhəmiyyətindən danışıb, müasir Azərbaycan memarlığının inkişafından bəhs ediblər.
 





02.06.2017    çap et  çap et