525.Az

"Bakı-Şamaxı yolunda sürüşmə aktivləşib"


 

"Bakı-Şamaxı yolunda sürüşmə aktivləşib"<b style="color:red"></b> Bakı – Şamaxı avtomobil yolunun 106-107-ci kilometrliklərindəki sürüşmə sahəsi aktivləşib.

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov məlumat verib.
 
O bildirib ki, atmosfer yağıntıları nəticəsində Şamaxının Birinci Çaylı kəndində yeni sürüşmə sahəsi əmələ gəlib.
 
S. Əmiraslanov qeyd edib ki, Şamaxının Ağsu çayının sağ sahilində yerləşən Keçmədin kəndində eni 20 – 22 metr, hündürlüyü 8 – 12 metr arasında olan bir sahəni isə sel yuyub aparıb.
 





02.06.2017    çap et  çap et