525.Az

”Türkiyə bütün təhdidlərə layiqli cavab verəcək”


 

”Türkiyə bütün təhdidlərə layiqli cavab verəcək”<b style="color:red"></b> "Türkiyənin terrordan təmizlənməsi NATO-nun və Avropanın təhlükəsizliyi baxımından ən vacib məsələlərdən biridir".
 
Bu sözləri APA-ya açıqlamasında Türkiyə Böyük Millət Məclisi Milli müdafiə komissiyasının üzvü, Ak Parti Osmaniyyə millət vəkili Suat Ünal deyib.
 
Millət vəkili qeyd edib ki,  ABŞ ilə Türkiyə arasında uzun keçmişə dayanan müttəfiqlik münasibətləri var: “Biz həmişə həm NATO ittifaqında və həm də ABŞ ilə ikitərəfli münasibətlərimizdə müttəfiqlik öhdəliklərimizə daima sadiq qalmışıq. Təəssüflə deməliyəm ki, bu gün ABŞ aramızdakı dostluğun şərtlərini yerinə yetirmir. Bu necə müttəfiqlikdir ki, ABŞ İraq ordusuna “Təlim ver-təchiz et”- layihələrini həyata keçirmək üçün 1 milyard 269 milyon dollar yardım edib. İllərdən bəri Türkiyədə bölücülük fəaliyyəti aparan əli qanlı PKK terror təşkilatının Suriyadakı uzantısı PYD/YPG terror təşkilatına 500 milyon dollarlıq yardım edir. Bunu hansı məqsədlə edir? PYD-YPG terror təşkilatı ABŞ-a müttəfiq olduğu üçünmü o silah yardımını edir? Hörmətli prezidentimiz Rəcəb Tayyib Ərdoğan tamamilə haqlı şəkildə bu sualı verərkən o yardımı edənlərin məqsədini də sərrast şəkildə açıqlayır. Məqsəd Türkiyəni bölməkdir. Prezidentimiz Ərdoğanın  dəfələrlə vurğuladığı kimi, söhbət Türkiyənin milli bütövlüyündən gedirsə, biz buna qətiyyən icazə vermərik, 80 milyon əhalimiz ölkəmizin birliyi və bütövlüyü məsələsində kiçikdən böyüyə prezidentimizin arxasındadır. Əgər ABŞ öz müttəfiqi kimi bizim xəbərdarlıqlarımızı qulaq ardına vurub öz əməllərinə davam edərsə, biz hörmətli prezidentimizin rəhbərliyi altında bütün tədbirləri görəcəyik. Türkiyə özünün milli bütünlüyünə qarşı yönəlmiş bütün təhdidlərə layiqli cavabı verəcək”.
 
Suat Ünal həmçinin qeyd edib ki, Türkiyə İŞİD-ə qarşı mübarizədə və xüsusilə, Rakkanın xilas edilməsi əməliyyatlarında ABŞ-a ən yaxın əməkdaşlıq təklif etdiyi halda, onlar başqa terrorçu qrupları silahlandırırlar: “Prezidentimiz Ərdoğanın bu barədə də çox sərrast xəbərdarlığı var: bir terrorçu qrupu məhv etmək üçün o biri terrorçu qrupla əməkdaşlıq etmək ağıl və məntiq işi olmadığı kimi həm terrorizmə qarşı mübarizəyə kölgə salır həm də ABŞ-ın etibarını zədələyir. Bunun üçün kəşfiyyat materiallarına ehtiyac yoxdur, hər şey açıq-aşkardır. Ona görə mən də ABŞ-a müraciət edib deyirəm ki, İŞİD terrorunu tamamilə bitirmək üçün o biri terrorçulara dəstək verməkdən vaz keçərək bu mübarizəni Türkiyə ilə birlikdə aparsın, terror təşkilatlarının hamısına qarşı arasına ciddi şəkildə məsafə qoysun”.
 





03.06.2017    çap et  çap et