525.Az

Şirazda güclü partlayış: 32 yaralı


 

Şirazda güclü partlayış: 32 yaralı <b style="color:red"></b> İranın Şiraz şəhərində baş verən güclü partlayış nəticəsində 32 nəfər yaralanıb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Fars əyalətinin təcili tibbi yardım xidmətinin başçısı Məhəmməd-Reza Əli Maneş bildirib.
 
“Xəsarət alanların sayı 32 nəfərdir, onlardan 15-i xəstəxanaya yerləşdirilib. Vəziyyətləri sabitdir. Ticarət mərkəzində baş verən partlayışın səbəbləri hələ ki, məlum deyil”, tibb rəsmisi deyib.
 
Qeyd edək ki, bundan əvvəl İranın Şiraz şəhərində ticarət mərkəzində güclü partlayışın baş verdiyi, 15 nəfər yaralandığı, ilkin ehtimalla partlayışa qaz sızması səbəb olduğu bildirilirdi.
 





03.06.2017    çap et  çap et