525.Az

Həftənin ilk iş günü hava necə olacaq?


 

Həftənin ilk iş günü hava necə olacaq? <b style="color:red"></b> Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi  gecə və səhər arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 16-19° isti, gündüz 25-30° isti olacağı gözlənilir. Bakıda gecə 17-19° isti, gündüz 27-29° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 65-75 %, gündüz 40-50% təşkil edəcək.
 
Rayonlarda sabah hava şəraiti əsasən yağmursuz olacaq, lakin gecə və səhər bəzi  yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək.
 
Havanın temperaturunun gecə 15-20° isti, gündüz  28-33° isti, dağlarda gecə 7-12° isti, gündüz 17-22° isti olacağı gözlənilir.
 





04.06.2017    çap et  çap et