525.Az

Konakovskda 9 nəfər güllələnərək öldürüldü


 

Konakovskda 9 nəfər güllələnərək öldürüldü<b style="color:red"></b> Rusiyanın Tver vilayətinin Konakovsk rayonunda bağçılıq dərnəyində 9 nəfər güllələnərək öldürülüb.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.
 
Konakovsk rayonunun Redkino qəsəbəsində hadisə yerinə baxış zamanı yaxınlıqdakı evin qarşısındakı avtomobillərin birinin yük yerində üzərində güllə yarası olan qadın aşkarlanıb.
 
Qeyd edək ki, Konakovsk rayonunun Redkino qəsəbəsində dərnəyə elektrik işləri görmək üçün çağırılmış elektriklə mübahisə olub.

Elektrik evə qayıdaraq silah götürüb və dərnəyə qayıdaraq oradakı insanlar atəş açıb.

Qatil saxlanılıb.
 





04.06.2017    çap et  çap et