525.Az

"İŞİD" London terroruna görə məsuliyyəti üzərinə götürdü


 

"İŞİD" London terroruna görə məsuliyyəti üzərinə götürdü<b style="color:red"></b> "İŞİD" terror qruplaşması Londonda törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
 
APA-nın məlumatına görə, bu barədə Reuters agentliyi xəbər verib.
 
İyunun 4-ə keçən gecə  “London-Bric” körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb. Daha sonra bıçaqla silahlanmış şəxslər  insanlara hücum edərək xəsarətlər yetiriblər.

Hadisə nəticəsində 7 nəfər ölüb, 48 nəfər xəsarət alıb.  London polisi hücumlar törətməkdə şübhəli bilinən üç şəxsi məhv edib. Böyük Britaniya hökuməti hadisəni terror aktı kimi qiymətləndirib. İnsidentlə əlaqədar 12 nəfər saxlanılıb. 
Sosial səhifələr
 





05.06.2017    çap et  çap et