525.Az

Estoniyada NATO-nun təlimləri başlayır


 

Estoniyada NATO-nun təlimləri başlayır<b style="color:red"></b> Bu gün Estoniyada NATO-nun “Saber Strike” beynəlxalq hərbi təlimləri başlayır.
 
APA-nın xəbərinə görə, bu barədə Estoniya ordusunun baş qərargahının məlumatında bildirilir.
 
İyunun 3-də Latviyada start götürən təlimlərin tərkib hissəsi olan “Saber Strike”a  yerli hərbçilərlə yanaşı Estoniyada dislokasiya olunan NATO batalyonunun əsgərləri və Finlandiyanın mühəndis-istehkam qrupu qatılacaq. Ümumilikdə, təlimlərdə 1 500 hərbçinin iştirakı nəzərdə tutulub. Təlimlərə ABŞ-ın AH-64 (Apache) və UH-64 (Black Hawk) hərbi helikopterləri də cəlb ediləcək.
 
NATO müntəzəm olaraq Baltikyanı ölkələrdə təlimlər keçirir. Bu il Latviya, Litva və Estoniyada 16 hərbi təlimin keçirilməsi planlaşdırılıb.
 





05.06.2017    çap et  çap et