525.Az

“Sel və daşqın sularının axıdılması üçün təxirəsalınmaz tədbirlər görülüb”


 

“Sel və daşqın sularının axıdılması üçün təxirəsalınmaz tədbirlər görülüb”<b style="color:red"></b> Azərbaycanda əkin sahələrinin su təminatının yaxşılaşdırılması istiqamətində görüləcək işlər açıqlanıb.
 
APA-nın məlumatına görə, Azərbaycan Meliorasiya və  Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə “Xalq qəzeti"ndə  nəşr edilən “Meliorasiya və su təsərrüfatı uğurlu inkişaf yolunda” məqaləsində yazıb ki, Taxtakörpü su anbarı zonasında 2017-ci ildə meliorativ tədbirləri davam etdirməklə Xızı, Siyəzən və Şabran rayonlarında 20728 hektar, o cümlədən 9759 hektar əkin sahələrinin su təminatının yaxşılaşdırılması və 10969 hektar yeni suvarılan torpaqlar suvarma suyu ilə təmin ediləcək.
 
Xızı rayonunda 4843 hektar (ondan 3575 hektar yeni suvarılan torpaqlar), Siyəzən rayonunda 6630 hektar (ondan 2205 hektar yeni suvarılan torpaqlar) və Şabran rayonunda 9255 hektar (ondan 5189 hektar yeni suvarılan torpaqlar) suvarma suyu ilə təmin ediləcək. Neftçala rayonunda 5605 hektar (ondan 4605 hektar yeni suvarılan) və Ağcabədi rayonunda 2700 hektar yeni suvarılan torpaqlara suvarma suyu çatdırılacaq. Araz çayının Yeni qolunun Baş suqəbuledici qurğusundan və inşa olunmuş hissəsindən istifadə etməklə 54 kilometr torpaq məcrada magistral kanalın tikintisi nəticəsində 39493 hektar, o cümlədən Saatlı rayonunda 24325 hektar, İmişli rayonunda 5812 hektar və Biləsuvar rayonunda 9356 hektar torpaq sahəsi su mənbəyi ilə təmin ediləcək. Şəmkir maşın kanalında suburaxıcı qurğunun, təzyiqli boru kəmərinin və su hovuzunun  tikintisi ilə Samux və Goranboy rayonlarında yaradılacaq Aqroparkın 4695 hektar sahəsinə suvarma suyunun çatdırılması,  Kür çayı üzərində yeni inşa olunmuş nasos stansiyasında işlərin tamamlanması,  “H” kanalının 3,5 kilometrlik hissəsinin yenidən qurulması və tikintisi ilə Sabirabad rayonunun 2 min hektara yaxın əkin sahəsinin  su təminatının   yaxşılaşdırılması mümkün olacaq.
 
Ə. Əhmədzadə qeyd edib ki, rayon icra hakimiyyətlərinin təklifləri əsasında Səhmdar Cəmiyyətin “Azdövsutəslayihə” İnstitutu tərəfindən Ağdaş (15 min 800 hektar), Salyan  (5 min  hektar), Kürdəmir (10 min 650 hektar), Hacıqabul (4 min 800 hektar), İmişli (3 min hektar), Neftçala (8 min hektar) və Samux (2 min hektar) rayonlarının ümumilikdə, 49 min 250 hektar sahələrinə suvarma suyunun çatdırılması üçün müvafiq meliorasiya tədbirlərinin aparılması üzrə layihə- smeta sənədləri hazırlanaraq, RİH-lərə təhvil verilib: “Cəmiyyət tərəfindən magistral kanallar üzrə su bölgüsü limitləri, respublikanın çayları üzrə suvarma dövründə rayonlararası su bölgüsü cədvəlləri hazırlanaraq təsdiq edilib. Bütün istismar təşkilatlarında gecə-gündüz növbətçilik yaradılıb, vegetasiya suvarmasının mütəşəkkil həyata keçirilməsi, sudan səmərəli və qənaətlə istifadənin təmin edilməsi və su limitlərinə nəzarətin gücləndirilməsi məqsədi ilə mütəxəssislərimiz ayrı-ayrı obyektlərə təhkim edilib. Çayların gursululuq dövründə su anbarlarının doldurulması və yarana biləcək sel və daşqın sularının maneəsiz axıdılması üçün bütün təxirəsalınmaz tədbirlər görülüb”.
Sosial səhifələr
 





05.06.2017    çap et  çap et