525.Az

Ermənilərin yandırdığı məscid bərpa olundu (FOTO)


 

Ermənilərin yandırdığı məscid bərpa olundu <b style="color:red">(FOTO)</b>

Yaxın Şərqdə qədim müsəlman abidələrindən sayılan Şamaxı Cümə məscidinin əsası 743-cü ildə qoyulub. Memarlıq baxımından qədimliyi və orjinallığı ilə seçilən məscid müxtəlif dövlərdə qəzalı vəziyyətə düşsədə hər zaman əhalinin müqəddəs ibadət yeri kimi yüksək ehtiram və diqqətlə qorunub saxlanılıb. Bir müddət qəzalı vəziyyətdə fəaliyyət göstərən məscid XX əsrin əvvəllərində bərpa edilməyə başlanılıb. Lakin az sonra 1918-ci ildə məscid erməni-daşnak quldur dəstələri tərəfindən törədilən soyqırım zamanı əhalinin sığınacaq tapdığı yer olduğu üçün yandırılıb. Sovet hakimiyyəti illərində isə zaman zaman məsciddə bərpa təmir işləri aparılıb. Bir çox tarixi hadisələrə şahidlik etmiş Şamaxı cümə məscidi 2 illik təmir bərpa işlərindən sonra yaxın günlərdə istifadəyə veriləcək.

Ölkəmizdə olan tarixi abidələrin qorunması məqsədilə 2009-cu ildə Prezidentin ehtiyat fondundan məscidin təmir edilməsi üçün 4 milyon manat vəsait ayırılıb. Yenidən qurma işləri çərçivəsində məscidin bünovrəsi bir metr dərinliyində dəmir-beton konstruksiyalarla möhkəmləndirilib. Yeni layihəyə görə, ibadət məkanının qarşısında üstündə günbəz olan 4 metrlik giriş qapısı da tikilib. Məscidin baş planına əsasən hazırda ikimərtəbəli inzibati binanın, məişət binasının, məscidə giriş pilləkəninin və körpücüyün tikintisi başa çatdırılıb. Məscidin 36 metr hündürlüyündəki iki minarəsinin tikintisi artıq sona yetib.

Məscidin günbəzi isə qədim memarlıq üslubundakı naxış və ornamentlərlə bəzədilib. Bundan əlavə, məsciddə aparılan təmir bərpa işlərindən sonra 1500 nəfər rahat bir şəkildə ibadət edə biləcək. 300 nəfərlik konfrans zalı, kitabxana, qalerya, yas mərasimlərinin keçiriləcəyi 150 nəfərlik zal, dəstəmaz otağı, dini dərslərin tədrsi üçün siniflərdə inşa olnub. Hazırda məscidə son tamamlama işləri aparılır.

anspress

 





09.05.2013    çap et  çap et