525.Az

Rusiyalılar ABŞ və Ukraynanı düşmən sayır


 

Rusiyalılar ABŞ və Ukraynanı düşmən sayır<b style="color:red"></b> Rusiyalılar ABŞ-ı ən böyük təhlükə sayır.
 
APA-nın “riafan.ru”ya istinadən verdiyi məlumata görə, “Levada Mərkəzi”nin keçirdiyi sorğuya əsasən respondentlərin 69 faizi bu qənaətdədir.
 
Sorğuda iştirak edən rusiyalıların 50 faizi Ukraynanı, 24 faizi isə Almaniyanı düşmən sayır. Bundan başqa, respondentlərin qənaətinə görə, Latviya, Litva, Polşa, Estoniya və Böyük Britaniya da Rusiyanın rəqibləri arasındandır.
 
Sorğu iştirakçılarının 46 faizi Belarusu, 39 faizi Çini Rusiyanın əsas müttəfiqləri hesab edir. Respondentlərin 34 faizi Qazaxıstanı, 15 faizi isə Suriyanı dost ölkə sayır. Sorğuya əsasən Hindistan, Ermənistan, Kuba, Özbəkistan, Tacikistan və Azərbaycan da Rusiyanın müttəfiqləri arasında yer alıb.
 
Sosioloqların qənaətinə görə, respondentlərin münasibəti son illər ərzində ən çox Türkiyəyə münasibətdə dəyişib. Belə ki, 2015-ci ildə Türkiyə Rusiya hərbi təyyarəsini vurana qədər respondentlərin 1 faizi Türkiyəni düşmən sayırdı. 2016-cı ildə bu rəqəm 29 faiz, bu il isə 8 faiz təşkil edib. Sorğuda iştirak edənlərin 46 faizi hesab edir ki, Rusiya beynəlxalq ictimaiyyət tərəfindən təcrid olunub. Respondentlərin 45 faizi isə bu fikri inkar edir. Rusiyanın təcrid olunduğuna inanan sorğu iştirakçılarının 44 faizi bundan narahatlıq keçirdiyini söyləyib.
 





05.06.2017    çap et  çap et