525.Az

Çavuşoğlu: "Körfəz regionundakı problem bizi kədərləndirir"


 

Çavuşoğlu: "Körfəz regionundakı problem bizi kədərləndirir"<b style="color:red"></b> “Körfəz ölkələrinin Qətərlə diplomatik əlaqələri pozması bizi kədərləndirdi”.
 
APA-nın məlumatına görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı Ziqmar Qabriellə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Türkiyə Körfəz bölgəsinin sabitlik, birlik və bərabərliyini özünün sabitliyi, birlik və bərabərliyi hesab edir:

“Biz buna töhfə veririk. Bizim bu bölgə ilə bır sıra ortaq problemlərimiz mövcuddur. Bütün hallarda bölgədə həmrəylik önəmlidir. Körfəz ölkələri arasında fikir ayrılığı ola bilər. Amma bütün şərtlərdə dialoq davam etməlidir ki, problemlər həll olsun. Bu məsələnin həlli üçün əlimizdən gələni edəcəyik”.
 





05.06.2017    çap et  çap et