525.Az

"Qazprom" TAP-ı əlavə variant kimi nəzərdən keçirir


 

"Qazprom" TAP-ı əlavə variant kimi nəzərdən keçirir<b style="color:red"></b>

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu-2017 çərçivəsində "Qazprom" İtaliyanın "Edison" və Yunanıstanın DEPA şirkətləri "Poseidon" qaz kəmərinin yaradılması haqqında saziş imzalayıb.

"APA-Economics" "Kommersant" qəzetinə istinadən xəbər verir ki, sənəd İtaliyanın iqtisadiyyat naziri Karlo Kalenda və Yunanıstan Xarici İşlər Nazirliyinin baş katibi Yorqos Tsiprasın iştirakı ilə imzalanıb.
 
2016-cı ilin fevral ayında imzalanan memorandumdan fərqli olaraq, bu sazişdə konkret olaraq qeyd edilib ki, "Poseidon" kəmərinin mənbəyi "Türk axını" layihəsinin ikinci xəttidir (ötürücülük qabiliyyəti 15,75 mlrd. kubmetr).
 
"Poseidon" kəmərinin ötürücülük qabiliyyəti açıqlanmır. Lakin aprel ayında Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, kəmərin ötürücülük qabiliyyəti 12-16 mlrd. kubmetr olacaq. Beləliklə, kəmər vasitəsilə "Türk axını"nın ikinci xəttindən qazı alınaraq Yunanıstan və Bolqarıstana 6 mlrd. kubmetr, İtaliyanın cənubuna isə 10 mlrd. kubmetr çatdırılacaq.
 
Lakin "Kommersant" qəzeti yazır ki, iyunun 1-də İtaliyanın "Snam" şirkətinin rəhbəri Marko Alvera "Qazprom"un İdarə Heyətinin sədri Aleksey Millərlə görüşündə "Türk axını"nın ikinci xətti ilə qazı nəql etmək üçün "Poseidon" kəmərini tikməyi deyil, TAP kəmərinin ötürücülük qabiliyyətini artırmağı təklif edib. Onun qiymətləndirməsinə əsasən, bu variant "Poseidon"un tikintisindən ikiqat ucuz başa gələcək. Qeyd edək ki, TAP-ın ötürücülük qabiliyyəti 10 mlrd. kubmetr olacaq ki, bunun da 8 mlrd. kubmetri İtaliyanın cənubuna nəql olunacaq. Layihənin səhmdarları SOCAR (20%), BP (20%), "Snam" (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləridir. TAP-ın dəyəri 6,5 mlrd. dollardır.
 
"Qazprom" məsələyə münasibət bildirmir. Lakin "Kommersant"ın iddialarına əsasən, "Qazprom" "Snam"a izah edib ki, TAP əsas deyil, əlavə variant kimi nəzərdən keçirilir: "Rusiyanın dövlət korporasiyasının rəhbərliyi "Edison" şirkəti ilə mövcud olan gözəl münasibətləri qoruyur. Tərəfdaşlar "Poseidon" variantını təklif edib və təklifdən imtina etmək üçün heç bir əsas yoxdur. Bununla yanaşı, İtaliya tərəfi tikintini tez bir vaxtda başa çatdıracağını əmin edir. O ki qaldı TAP-a, burada Avropa Komissiyası ilə qarşıdurma qaçılmazdır. Heç kəsə sirr deyil ki, bu layihə Rusiya qazına alternativ olaraq nəzərdən keçirllir".

 





05.06.2017    çap et  çap et