525.Az

Rusiya Ermənistandakı hərbi bazasına yeni təyyarələr göndərir


 

Rusiya Ermənistandakı hərbi bazasına yeni təyyarələr göndərir<b style="color:red"></b> Rusiya Ermənistandakı Erebuni hərbi bazasına "MiQ-29" təyyarələri göndərəcək.
 
APA-nın məlumatına görə, bu barədə “Voennoye obozreniye” nəşri yazıb. Bildirilir ki, Rusiyanın Kurskda yerləşən Qərb Hərbi Dairəsinin 14-cü alayına məxsus Xalino aerodromuna çoxtəyinatlı "Su-30SM" qırıcı təyyarələri gətiriləcək.

Qəzet yazır ki, hazırda alayda olan "MiQ-29" təyyarələrinin yeni təyyarələrlə əvəzlənməsi prosesi aparılır:

"Alayda 6 ədəd "Su-30CM" olmaqla, ümumilikdə 12 təyyarə olacaq. Alayın yeni texnika ilə təmin olunması nəticəsində çox da böyük yaşı olmayan "MiQ-29"lar hansısa digər aviasiya polkuna göndəriləcək. Bu, ehtimal ki, Ermənistandakı Erebuni hərbi bazası olacaq”.
 





05.06.2017    çap et  çap et