525.Az

KİVDF Müşahidə Şurasının üzvləri təyin edildi - Siyahı


 

KİVDF Müşahidə Şurasının üzvləri təyin edildi - <b style="color:red">Siyahı</b>

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

525.az-ın məlumatına görə, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 aprel tarixli 75 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu haqqında Nizamnamə”nin 6.3-cü bəndinə uyğun olaraq qərara alıram:

1. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvləri təyin edilsinlər:

Dövlət orqanlarından:

Quliyev Cəmaləddin Həsən oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri

Həsənov Rasim Aydın oğlu - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin mətbu nəşrlər üzrə qrupunun rəhbəri

Hümbətov İntiqam Rəsul oğlu - Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri

Kütləvi informasiya vasitələrindən:

Həsənov Həsən Zal oğlu - “Xalq qəzeti”nin baş redaktoru

Hüseynov İlqar Məmməd oğlu - “Trend” İnformasiya Agentliyinin baş direktoru

Quliyev Bəhruz Vaqif oğlu - “Səs” qəzetinin baş redaktoru

Jurnalist təşkilatlarından:

Əskərov Ramiz Baxşəli oğlu - Azərbaycan Jurnalistlər Birliyinin baş katibi

Mirzəyev Ayaz Nizami oğlu - “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri

Rüstəmov Əvəz Cahangir oğlu - “Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin sədri.

2. “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 3 iyun tarixli 2923 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 6, maddə 661) 1-ci hissəsi ləğv edilsin".

 





05.06.2017    çap et  çap et