525.Az

Prezident İsveç kralını təbrik etdi


 

Prezident İsveç kralını təbrik etdi<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev İsveç kralı XVI Karl Qustavı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
 
APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
 
“İsveç Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost İsveç xalqına daim sülh və rifah arzulayıram”.
 





05.06.2017    çap et  çap et