525.Az

Ədliyyə nazirinin müavinlərinin sayı artırıldı


 

Ədliyyə nazirinin müavinlərinin sayı artırıldı<b style="color:red"></b> Ədliyyə nazirinin müavinlərinin sayı artırılıb.
 
APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev müvafiq fərman imzalayıb.
 
“Ədliyyə orqanlarının inkişafı haqqında” 2006-cı il 17 avqust tarixli 446 nömrəli fərmanına edilən dəyişikliyə əsasən, Ədliyyə Nazirliyinin Strukturunun 1-ci hissəsinə “Nazir müavini” beşinci bənd əlavə edilib.
 
Qeyd edək ki, Azərbaycan prezidentinin bu gün imzaladığı sərəncamla Məhərrəm Əliyev ədliyyə nazirinin müavini təyin olunub.
 





05.06.2017    çap et  çap et