525.Az

Monteneqro rəsmən NATO üzvü oldu


 

Monteneqro rəsmən NATO üzvü oldu<b style="color:red"></b> Monteneqro rəsmi olaraq NATO-nun 29-cu üzvü olub.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bununla bağlı Vaşinqtonda, ABŞ Dövlət Departamentin binasında xüsusi mərasim keçirilib.
 
Mərasim çərçivəsində Monteneqronun baş naziri Duşko Markoviç ölkəsinin Şimali Atlantika Alyansına qoşulmasına dair protokolu ABŞ dövlət katibinin müavini Tomas Şennona təqdim edib.
 
Mərasimdə NATO-nun baş katibi Yens Stoltenberq də iştirak edib.
 





06.06.2017    çap et  çap et