525.Az

"Qətər zəmanətli "yol xəritəsi" təklif etməlidir"


 

"Qətər zəmanətli "yol xəritəsi" təklif etməlidir"<b style="color:red"></b> Münasibətlərin bərpası üçün Qətər zəmanətli “yol xəritəsi” təklif etməlidir.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət katibi Ənvər Qarqaş bəyan edib.
 
“Razılaşmaların pozulmasından sonra etimad bərpa edilməli, zəmanətli “yol xəritəsi” təklif edilməlidir. Biz səmimilik və şəffaflıq yolunu seçmişik, anarxiya əvəzinə sabitliyi seçmişik, mötədillik  və inkişaf,  kral Salmanı və Səudiyyə Ərəbistanını seçmişik”, deyə Ə.Qarqaş bildirib.
 
Onun sözlərinə görə, rəsmi Dohaya qarşı qərar illər boyu səbir və dözüm göstərildikdən, öyüd-nəsihət verildikdən sonra qəbul edilib.
 
Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ Qətərlə diplomatik əlaqələri kəsdiklərini bəyan edib. Onlar qərarlarını Qətərin apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsiri, terrorizmə dəstək və İrana yaxın qruplaşmalara maddi yardım göstərməsi ilə əsaslandırıblar. Ardınca Liviya, Yəmən, Maldiv adaları və Mavrikiy Qətərlə diplomatik əlaqələrin dayandırıldığını bəyan edib.
 





06.06.2017    çap et  çap et