525.Az

Suriya müxalifətinin dəstələri Raqqaya daxil oldular


 

Suriya müxalifətinin dəstələri Raqqaya daxil oldular<b style="color:red"></b> Suriya müxalifəti alyansının “Suriya demokratik qüvvələri”nin (SDF) silahlı dəstələri (kürdlər və ərəblərdən ibarət dəstələr-red.) Raqqa şəhərinə daxil olublar.
 
APA-nın “Frans Press”ə istinadən verdiyi məlumata görə, bunu alyansın nümayəndələrindən biri deyib.
 
O bildirib ki, hücum əməliyyatında ABŞ və tərəfdaşları xüsusi rol oynayıblar. Belə ki, koalisiyanın hərbi-hava qüvvələri "İŞİD"in mövqelərinə zərbələr endirib, quru qoşunlar isə SDF döyüşçüləri ilə yanaşı döyüşüblər.
 
Suriya müxalifətinin dəstələri Raqqaya şərq istiqamətindən daxil olublar.
 
Qeyd edək ki, Raqqa 2013-cü ildə "İŞİD"in nəzarətindədir. Şəhər terrorçuların qeyri-rəsmi paytaxtı sayılır.
 





06.06.2017    çap et  çap et