525.Az

Açıq Kitabxanada Poeziya saatı - Fotolar


 

Açıq Kitabxanada Poeziya saatı - <b style="color:red">Fotolar</b>

İyunun 6-da Azərbaycan Milli Kitabxanasının nəzdində fəaliyyət göstərən Açıq kitabxanada İLESAM üzvü olan türk yazıçı və şairlərinin oxucularla görüşü keçirilib.

Direktor Kərim Tahirov Açıq kitabxana barədə, burada keçirilən tədbirlər haqqında,  sənətin, poeziyanın kütləviləşməsi barədə söz açıb, ötən ay İLESAM-la əməkdaşlıq barədə sənəd imzaladıqlarını xatırladıb, bu tədbirin əməkdaşlığın ilk addımı olduğunu bildirib.

İLESAM rəhbəri Mehmet Nuri Parmaksız bu ilin sonuna kimi türk şair və yazıçılarının əsərlərindən ibarət 15 min nüsxə ədəbiyyatın Bakıya gətiriləcəyini və 16 region kitabxanasına paylanılacağını deyib. O, çıxışının sonunda "Şimdi ölsəm" şeirini səsləndirib.

İLESAM-ın Azərbaycan təmsilçisi, AYB-nin Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza birgə tədbirlərdən danışıb, "Qapı aça bilmirəm" şerini söyləyib.

Qurumun üzvü olan şairlərdən  Durak Turan Düz "Türkük", Arzu Tabukçu "Eşq" şeirlərini deyib.

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid çıxışında Açıq kitabxananın,  burada keçirilən tədbirlərin əhəmiyyətini, İLESAM-la əməkdaşlığın önəmli və maraqlı nəticələr verdiyini vurğulayıb. Sonra özünün "Bir də gəlməyəcək..." şeirini söyləyib.

Milli Kitabxananın şöbə müdiri, Yazıçılar Birliyinin üzvü Səyyarə Məmmədli tədbirdə "Dünyam türk dünyasıdır" adlı şeirini oxuyub.

 





07.06.2017    çap et  çap et