525.Az

Meksika-Azərbaycan arasında əməkdaşlıq genişləndirilir


 

Meksika-Azərbaycan arasında əməkdaşlıq genişləndirilir<b style="color:red"></b>

Mayın 31-dən iyunun 3-dək Meksika Neft İnstitutunun mütəxəssisi Viktor Xerardo Ortiz Qayardo Bakıda səfərdə olub.

Meksikanın Azərbaycandakı Səfirliyindən verilən məlumata görə, Meksika Neft İnstitutunun təmsilçisi 24-cü "Beynəlxalq Xəzər Neft və Qaz" Sərgi-konfransında iştirak edib.

Bundan başqa, V.Qayardo Azərbaycan Dövlət Neft və Sənaye Universitetin rektoru Mustafa Babanlı, Bakı Ali Neft Məktəbinin prorektoru Ramiz Hümbətov və Neftqazelmitədqiqatlayihə İnstitutunun direktoru Fəxrəddin İsmayılovla görüş keçirib. Məhsuldar danışıqlar zamanı ikitərəfli əməkdaşlığın perspektivləri və onun gələcək inkişafının yolları müəyyən edilib.

Qeyd edək ki, Meksika Neft İnstitutu neft sahəsinə aid Meksikanın tədqiqat mərkəzidir.

Neft Meksika üçün ən vacib enerji mənbələrdən biridir. Bu ölkədə istehlak olunan enerjinin 88 faizi neftin payına düşür. Təsdiq olunmuş 12 min 350 milyon barel neft ehtiyatları ilə Meksika dünyada xam neftin həcminə görə 14-cü yerdədir.

Ceyhun ABASOV

 





07.06.2017    çap et  çap et