525.Az

"Azərenerji" mayda nə qədər elektrik enerjisi istehsal edib?


 

"Azərenerji" mayda nə qədər elektrik enerjisi istehsal edib?<b style="color:red"></b>

“Azərenerji” ASC 1,519 may ayında milyard kilovat-saat elektrik enerjisi istehsal edib.

“Azərenerji” ASC Mərkəzi Dispetçer İdarəsinin verdiyi məlumatda göstərilir ki, may ayında “Azərenerji” ASC tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 1,519 milyard kilovat-saat olub.

Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilib.

Müqayisə üçün qeyd edək ki, ötən ilin may ayında “Azərenerji” ASC-də 1,542 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib.

 





07.06.2017    çap et  çap et