525.Az

Lənkəranda qəzalı vəziyyətdə olan binalar təmir ediləcək


 

Lənkəranda qəzalı vəziyyətdə olan binalar təmir ediləcək<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev Lənkəran şəhərində çoxmənzilli binaların əsaslı təmiri və bərpası ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
 
525.az-ın məlumatına görə, Lənkəran şəhərində qəzalı vəziyyətdə olan 13 çoxmənzilli binada əsaslı təmir və bərpa işlərinin həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə 7,5 milyon manat ayrılıb.
 
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
 





07.06.2017    çap et  çap et